az | en | ru | tr

MARYAM

“MARYAM” çayı 1996-cı ildən etibarən “AZERSUN HOLDİNQ” şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən “SUN-TEA ÇAY FABRİKİN-də istehsal olunur. Bu çay tərkibinə görə Hindistan və Seylonun çay bağçalarından toplanmış, yüksək keyfiyyətli çayların qarışığıdır. Çayın fərqli çeşidləri, o cümlədən təbii berqamotla xüsusi qaydada ətirlənmiş çeşidləri də mövcuddur.

      MARYAM markasına aid olan ayrı-ayrı çaylar çeşidlərinə müvafiq olaraq fərqli texnologiya və üsullarla emal olunurlar. Hər bir “MARYAM” çay çeşidi xüsusi dad, ətir və spesifik dəm vermə xassələrinə malikdir.

      MARYAM” çay respublikamızda da reallaşdırılmasına baxmayaraq, əsasən xarici ölkələrə ixrac olunur. Belə ölkələrə xüsusilə bir sıra MDB dövlətləri, o cümlədən, Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan və s. aiddir. Xaricdə yaşayan azərbaycanlılar “MARYAM” çayına xüsusi maraqla yanaşır və özlərini onun daimi istehlakçısı kimi göstərirlər.