az | en | ru | tr

FAYDALI MƏLUMATLAR

Çayın sağlamlığa xeyri
Çay yarpağının kiçik sirləri
Çay və gözəllik




ÇAYIN SAĞLAMLIĞA XEYRİ

Çayın profilaktik effektini hiss etmək üçün gündə 5-6 fincandan artıq içmək lazımdır. Dəm tünd olmamalı, qaynar deyil, isti içilməlidir. Müalicəvi təsiri üçün çayı yeməkdən 20-30 dəqiqə ya əvvəl, ya da sonra içmək lazımdır. Çay əzələlərin gərginliyini azaldır, ürək döyüntülərini qaydaya salaraq, infarkt və başqa bəlalardan qoruyur, beyinə qansızmanın qarşısını ala bilir.

Çay miqren tutulmalarını götürür, beyin damarlarının fəaliyyətini gücləndirir.  Çay yaddaş və diqqətlə bağlı bir çox psixi proseslərə müsbət təsir göstərir. Stress və depressiyanı aradan qaldırır.

Çayın özəllikləri bununla bitmir. Ən əsası, bu faydalı içkinin ailəni bir yerə yığmağa və Çin filosoflarından birinin dediyi kimi, “əziz dostu qarşılamağa” layiq olduğunu nəzərə alsaq, çayın mehribanlıq yaratmaq xüsusiyyətini ən böyük dəyər kimi qeyd etməliyik. 
Əsrlərdir ki, çayın şəfaverici cövhəri insanları bir sıra illətlərdən qoruyur.
Qədim misirlilər çayı qrip, soyuqdəyməyə  qarşı vasitə kimi içir, çayın antibakterial xüsusiyyətlərindən istifadə edərək vəba kimi həzm yolunun infeksion xəstəliklərinə qarşı müalicəvi  vasitəsi kimi istifadə edirdilər. 
Çinlilər  uzun zamandan bəri bu içkini həzm sisteminin yaxşılaşması, əqli və fiziki fəaliyyətin aktivləşdirilməsi üçün istifadə edirlər .

Ekspertlər iddia edirlər ki, əgər çay içməyən insanlar gün ərzində yalnız bir fincan qara, yaxud yaşıl  çay içsə idilər, bu onların sağlamlığının ümumi səviyyəsinə müsbət təsir göstərərdi və eyni zamanda bir çox xəstəlikdən müdafiə edərdi. Əgər siz nə qara, nə də yaşıl çayı sevmirsinizsə, jasmin aromalı yaşıl çay içməyiniz daha məsləhətlidir.



ÇAY YARPAĞININ KİÇİK SİRLƏRİ

Yapon atalar sözünə görə əgər insan çay içməyibsə, o nə həqiqəti, nə də gözəlliyi qəbul edə bilməz .

İngilis yazıçısı Corc Oruell bir dəfə qeyd etmişdir ki, bir fincan çaydan sonra  o, özünü müdrik, cəsarətli hiss edir və dünyaya optimist baxışlarla baxır. Qədim bir  Çin əfsanəsində isə  deyilir ki, imperatora məxsus çayın dəmlənməsi üçün  bakirə qızlar hər çay kolundan bir yarpaq və tumurcuq dərməli idilər.

Qədim zamandan çay gümrahlıq gətirən və zehni aydınlaşdıran  içki kimi dəyərləndirilir. Yaponiyada çay buddist rahibləri tərəfindən məşhurlaşmışdır. Onlar iddia edirdilər ki, çay yarpaqlarının cövhəri uzunmüddətli meditasiyalar zamanı fikri cəmləməyə və gümrahlaşmağa kömək edir. Beləliklə, yorğunluq hiss edən kimi bir fincan canlandıran içkini ( çayı) seçin. Əsrlərlə müdrik insanlar baş ağrısını çayla müalicə edirdilər. Adi ağrıkəsicini qəbul etmək arzunuzla anında mübarizə aparmağa cəhd edin. Ağrıkəsici həblərlə müqayisədə çayda kofeinin miqdarı əhəmiyyətli dərəcədə azdır, amma onun müalicəvi əhəmiyyəti isə kimyəvi preparatlardan heç də zəif deyil.



ÇAY VƏ GÖZƏLLIK

Susuzluğu yatırmaq və sağlamlıq üçün faydasından əlavə çay qədimdən gözəlliyin qorunması üçün də istifadə edilib. Yaşıl çay antioksidləşdiricilərin mənbəyidir. Məhz buna görə yaşıl çay günəş əleyhinə olan kremlərin, sellülit, yaşlanma əleyhinə olan vasitələrin, üz üçün xüsusi tonlaşdırıcıların və şampunların tərkibində istifadə edilir. Yaponiyalılar yüzilliklər boyu müxtəlif sortlu çay dəmləyərək dərinin müxtəlif hissələrinə və saçlara qulluq məqsədilə istifadə edirdilər